Tayani: Meloninin Azərbaycana səfəri münasibətlərin gücləndirilməsində əsas mərhələdir
İtaliya Azərbaycanla münasibətlərin daha da gücləndirilməsinə ümid edir və Baş nazir Corcia Meloninin mayın əvvəlində Bakıya səfərini Roma ilə Bakı arasında ikitərəfli əməkdaşlığın inkişafında əsas mərhələ kimi görür.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"un Avropa bürosuna İtaliyanın xarici işlər naziri Antonio Tayani Lüksemburqda Avropa İttifaqı xarici işlər nazirlərinin görüşü çərçivəsində bildirib.
"Azərbaycan bizim üçün vacibdir. Biz bu ölkə ilə əməkdaşlığı fəal şəkildə inkişaf etdirmək niyyətindəyik. Baş nazirin səfəri böyük əhəmiyyət daşıyır", - Tayani deyib.
Onun sözlərinə görə, Roma artıq Bakı ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində, o cümlədən sosial-iqtisadi sahədə iş aparır.
"Biz əməkdaşlığın gücləndirilməsi üçün ciddi səylər göstəririk. Azərbaycan bizim dostumuzdur və bu tərəfdaşlığın daha da inkişafı vacibdir", - nazir vurğulayıb.
İtaliya Avropada Azərbaycanın əsas ticari-iqtisadi tərəfdaşlarından biridir, həmçinin enerji sahəsində də. Roma enerji resurslarının tədarükünün diversifikasiyası və Xəzər regionundan olan təchizatçılarla əlaqələrin gücləndirilməsində maraqlıdır.
Meloninin mayın əvvəlinə planlaşdırılan səfərinin iqtisadi əməkdaşlıq, enerji və regional təhlükəsizlik məsələlərinə həsr olunacağı gözlənilir.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
Girişi bağlanan metro stansiyasından GÖRÜNTÜLƏR
-
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR
-
Əraqçi: ABŞ-nin təhdidləri diplomatik prosesə mane olur













