YAP MSK üzvlüyünə yeni namizədlərini müəyyənləşdirib
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib, partiyanın MSK üzvlüyünə yeni namizədləri müəyyənləşib.
Bu barədə Far.Az-ə YAP-dan xəbər verilib.
İclasda Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilmək üçün Yeni Azərbaycan Partiyasının namizədlərinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi məsələsinə baxılıb.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ı MSK-da təmsil edəcək namizədləri İdarə Heyətinin müzakirəsinə təqdim edib. Pənahov Məzahir Məhəmməd oğlu, Qasımov Rövzət Afət oğlu, İbrahimov Ramiz Hilal oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Məmmədov Elmar Eldar oğlu və Abdullayeva Sevinc Qurban qızının Mərkəzi Seçki Komissiyasının əsas, Mustafayeva Elnarə Eyyub qızının isə əvəzedici üzvü seçilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verilməsi barədə qərar qəbul edilib.
İclasa yekun vuran YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov irəli sürülmüş namizədlərin göstərilən etimadı doğruldacağına əminliyini ifadə edərək onlara uğurlar arzulayıb.
Oxşar xəbərlər
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
-
Metronun bağlanması səbəbindən avtobuslarda SIXLIQ VAR
-
İrəvanda İspaniyanın fəxri konsulluğu açılıb
-
Metropoliten: Hadisə baş verən anda xətdə 30 qatar olub, 4-ü tuneldə qalıb
-
Bakı metrosunun stansiya rəisi ÖLÜB













