Dördqat Avropa çempionu Həsrət Cəfərov: "Qazanılan qızıl medalların arxasında böyük əziyyət dayanır"
Yarışlarda idmançıların qazandığı qızıl medalların arxasında böyük əziyyət, zəhmət dayanır.
"Far.Az" xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında birinci yeri tutan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) deyib.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlama verən idmançı tarixi uğuru qızına həsr etdiyini bildirib:
"Təəssüratlarım həqiqətən çox gözəldir. Bu gün çox sevincliyəm. Ardıcıl 4-cü "qızıl"ımı qazanıram. Həqiqətən də bu "qızıllar"ın arxasında böyük əziyyət, zəhmət dayanır. Bu "qızıl"ı qazandıqdan sonra onun həzzini indi hiss edirəm. Heç bir əziyyət yadıma düşmür. Yalnız yadda qalan bu "qızıl" olur. Bu "qızıl"ımı, tarixi uğurumu qızıma həsr edirəm".
Qeyd edək ki, Həsrət Cəfərov qızıl medal uğrunda qarşılaşmada türkiyəli Murat Fırata 7:5 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Bununla da o, Azərbaycan yunan-Roma güləşində ilk 4 qat Avropa çempionu adına sahib çıxıb.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Avropa çempionatı: Həsrət Cəfərovun ardınca Qurban Qurbanov da qızıl medal qazanıb - YENİLƏNİB-2
Leyla Əliyeva Tiranada "Hannah və Rosafa" uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
İslamiada: Azərbaycan güləşçisi gümüş medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Lufthansa" yanacaq çatışmazlığı səbəbindən on minlərlə uçuşu ləğv edib
-
İran hesab edir ki, ABŞ atəşkəsi uzatmaqla vaxt qazanmağa çalışır
-
"Tasnim": Qalibafın müşavirinin ABŞ ilə danışıqlar barədə fikri onun mövqeyini əks etdirmir - YENİLƏNİB
-
"Qarabağ" Türkiyə klubunda çıxış edən hücumçu ilə maraqlanır
-
Tokio esmineslərinin Manilaya köçürülməsini müzakirə edəcək
-
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: "Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim"













