65 yaşlı qadına qarşı təcavüzdə ittiham olunan gənc həbs edildi
Daşkəsən Rayon Məhkəməsində 65 yaşlı qadına qarşı seksual xarakterli zorakılıq etməkdə ittiham edilən şəxs M.M barəsində verilən təqdimata baxılıb.
Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə təqdimatı təmin edib və həmin şəxs barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, ötən ilin iyul ayında Daşkəsən rayonunun Qabaqtəpə kəndində 1961-ci il təvəllüdlü qadına qarşı 2000-ci il təvəllüdlü şəxs tərəfindən zorakılıq edilməsi ilə bağlı məlumatlar yayılmışdı.
Məsələ ilə bağlı Daşkəsən Rayon Prokurorluğunda aparılan araşdırmalar çərçivəsində hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, şahidlərin və digər şəxslərin izahatları alınıb, habelə müvafiq ekspertizalar təyin edilərək rəylər əldə olunub.
Toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb













