Bu il Avropadan 45 milyard avro alacaq Ukraynanın Aİ-yə qəbulu müzakirə olunacaq
Far.Az xəbər saytı

Bu il Avropadan 45 milyard avro alacaq Ukraynanın Aİ-yə qəbulu müzakirə olunacaq


Kiyevə 90 milyard avro kreditin ayrılması və Rusiyaya qarşı 20-ci sanksiya paketi kimi vacib qərarlar qəbul edildikdən sonra Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara keçmək lazımdır.

"Report" xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta bəyan edib.

"İndi irəliyə baxmağın və Ukraynanın Avropa Birliyinə daxil olması ilə bağlı danışıqların ilk qrupunun açılışı olan növbəti addıma hazırlaşmağın vaxtıdır", - deyə o bildirib.

Öz növbəsində, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen qeyd edib ki, Ukrayna bu rübdə 45 milyard avroluq kreditin ilk tranşını ala biləcək. O, ilk müdafiə yardım paketinə dronların da daxil olacağını dəqiqləşdirib.

Öz növbəsində Ukrayna Prezidenti Volodimir Zelenski, Kiyev üçün vacib olan qərarları yekdilliklə qəbul etdiklərinə görə bütün Aİ liderlərinə təşəkkür edib: "Əlbəttə ki, Rusiyanı müharibəyə son qoymaq üçün həqiqi diplomatiyaya qayıtmağa məcbur etmək üçün çalışmağa davam edəcəyik".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər