Bəxtiyar Məmmədov: "Bugünkü hadisə zamanı 4 qatar tuneldə qalmışdı"
Far.Az xəbər saytı

Bəxtiyar Məmmədov: "Bugünkü hadisə zamanı 4 qatar tuneldə qalmışdı"


"Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranan zaman Bakı Metropoliteninin 4 qatarı tuneldə qalmışdı.

"Far.Az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, "Ulduz–Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranan zaman Bakı Metropoliteninin xətlərində 30 qatar olub: "Onlardan 4-ü tuneldə olub və sərnişinlərin təxliyəsi Bakı Metropoliteninin normativlərinə uyğun olaraq ən qısa müddətdə uğurla həyata keçirilib. Bu zaman hər hansı sərnişin şikayəti, özünü pis hiss etməsi ilə bağlı müraciət daxil olmayıb. Bununla belə Bakı Metropoliteni preventiv tədbirləri görmüşdü".

Oxşar xəbərlər

Ermənistana Rusiya taxılı daşıyan yük qatarı Xırdalan Dəmiryol Stansiyasından yola düşür
Bakı metrosu fəaliyyətini bərpa edib - YENİLƏNİB 5
FHN "Bakı Metropoliteni"ndə təlim keçirib
Bakı metrosuna giriş nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA
Bakı metrosunda qatar yoluna düşən şəxsin vəziyyəti açıqlanıb - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər