İsrail Ordusu "Hizbullah"ın obyektinə zərbələr endirib
İsrailin Müdafiə Ordusu Livanın cənubunda "Hizbullah" radikal qruplaşmasının hərbi obyektinə və onun ərazisini tərk edən avtomobilə zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin "Telegram" kanalında bildirilib.
"Hərbçilər Livanın cənubunda "Hizbullah" tərəfindən istifadə olunan hərbi obyekti tərk edən iki nəqliyyat vasitəsini qeydə alıblar. Avtomobillərdəki yaraqlılar ön müdafiə xəttini keçərək qoşunların mövqelərinə yaxınlaşıblar ki, bu da onların təhlükəsizliyinə birbaşa təhdid yaradıb. Həmin şəxslərin atəşkəs rejimini pozduğu və birbaşa təhdid yaratdığı təsdiqləndikdən sonra, İsrail Hərbi Hava Qüvvələri avtomobillərdən birini, eləcə də həmin şəxslərin çıxdığı obyekti vurub", - məlumatda deyilir.
Hərbçilər həmçinin endirilən zərbələr nəticəsində iki jurnalistin yaralandığını bildiriblər.
"İsrail Müdafiə Ordusu mətbuat nümayəndələrinə zərbələr endirmir və öz hərbçilərinin müdafiəsini təmin etməklə yanaşı, onlara dəyən zərəri minimuma endirmək üçün bütün zəruri addımları atır", - ordunun mətbuat xidmətindən qeyd olunub.
Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün endirilən zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.
"Hizbullah" İsraili raket və pilotsuz uçuş aparatları ilə atəşə tutaraq İranın tərəfində müharibəyə qoşulduqdan sonra, İsrail Müdafiə Ordusu Livanın cənubuna və radikal qruplaşmanın infrastrukturunun yerləşdiyi Beyrutun cənub ətraflarına zərbələr endirib. İsrail həmçinin Livanın cənubunda quru əməliyyatını genişləndirib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
Aprelin 14-də Vaşinqtonda ABŞ-nin himayəsi altında Livan-İsrail təmaslarının ilkin mərhələsi baş tutub və orada atəşkəs razılaşmasının əldə edilməsi məqsədilə sülh danışıqlarının başlama tarixi müəyyən edilməli idi. Nümayəndə heyətlərinə Livan və İsrailin Birləşmiş Ştatlardakı səfirləri rəhbərlik ediblər.
Aprelin 16-da ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın 10 günlük atəşkəs rejiminin tətbiq olunması barədə razılığa gəldiyini bildirib.
Oxşar xəbərlər
Media nümayəndələrinə əməyin mühafizəsinə dair təlim keçirilib
Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən kurs başa çatıb
Vardanyanın məhkəməsində zərərçəkmişlərin və onların hüquqi varislərinin ifadələri dinlənilib
Ruben Vardanyanın məhkəməsi davam etdirilib
İsrail-Livan atəşkəsi: kim nə qazanıb? - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" Türkiyə klubunda çıxış edən hücumçu ilə maraqlanır
-
Tokio esmineslərinin Manilaya köçürülməsini müzakirə edəcək
-
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: "Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim"
-
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ
-
Azərbaycan iyunda Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
-
Sabah 55 mindən çox şagird buraxılış imtahanı verəcək - qaydalar və saat açıqlandı













