Argentinada yanacaq qaçaqmalçılığında şübhəli bilinən meksikalı zabit saxlanılıb
Qanunsuz yanacaq ticarəti ilə məşğul olmaqda şübhəli bilinən Meksika Hərbi Dəniz Qüvvələrinin zabiti Fernando Farias Argentinada saxlanılıb.
"Far.Az"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Meksika təhlükəsizlik naziri Omar Qarsiya Harfuç məlumat verib.
O bildirib ki, Farias Meksika Hərbi Dəniz Qüvvələri, Meksika Baş Prokurorluğu və Argentina hüquq-mühafizə orqanlarının birgə əməliyyatı nəticəsində Buenos-Ayresdə saxlanılıb.
Meksika hakimiyyəti onu karbohidrogen qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qrupun lideri hesab edir. Farias mütəşəkkil cinayətkarlıq və qanunsuz yanacaq ticarəti ilə bağlı ittihamlarla bağlı İnterpolun Qırmızı Bülleteni ilə axtarışda olub.
Hakimiyyət orqanlarının məlumatına görə, həbs zamanı onun yanında saxta Qvatemala pasportu tapılıb. Onun Meksikaya ekstradisiyası məsələsinə tezliklə baxılması gözlənilir.
Oxşar xəbərlər
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir
-
Nazir Arzu Qarazadəyə vəzifə verdi
-
Martın 15-i keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
-
Bahar Muradova: "Qadınların şəhərsalmada iştirakı keyfiyyətli quruculuğunun vacib şərtidir"
-
Şəkidə məhkum ölüb
-
ARDNF I rübdə 22 ton qızıl satıb













