Les Echos: Paris və Afina Kiyevə "Mirage" qırıcılarının təhvili ilə bağlı danışıqlar aparırlar
Far.Az xəbər saytı

Les Echos: Paris və Afina Kiyevə "Mirage" qırıcılarının təhvili ilə bağlı danışıqlar aparırlar


Paris və Afina Yunanıstan Hərbi Hava Qüvvələrinə yeni "Rafale" təyyarələrinin təhvil verilməsi müqabilində Kiyevə "Mirage" qırıcı təyyarələrinin ötürülməsi barədə danışıqlar aparır.

"Far.Az" xəbər verir ki, bu barədə "Les Echos" qəzeti mənbəyə istinadən məlumat yayıb və qeyd edib ki, Fransa tərəfinin təzyiqi Yunanıstanda narazılığa səbəb olub.

"İntensiv olmasa da, gərgin olan müzakirələr, Yunanıstanın daha çox təyyarə tələb edən Ukraynaya təxminən on ədəd "Mirage 2000-5" qırıcı təyyarəsi verməsi ilə bağlıdır", - deyə məlumatda qeyd olunub.

Nəşrin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron "Mirage"ın Ukraynaya satılmasında israr edir və bu məsələni Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə 24-25 aprel tarixlərində Afinaya səfəri zamanı müzakirə etmək niyyətindədir.

Qəzetin qeyd etdiyi kimi, bu məsələ Yunanıstan tərəfində narazılığa səbəb olub və onlar Fransanın təzyiqini həddindən artıq hesab ediblər. Belə ki, Afina, eskadrilyanın köhnəlməsinə və qırıcı təyyarə istehsalçısı "Dassault" ilə texniki xidmət müqaviləsinin 2027-ci ildə başa çatmasına baxmayaraq, hələlik "Mirage"dan imtina etməyə hazır deyil.

"Les Echos" qeyd edir ki, belə bir sövdələşmənin maliyyələşdirilməsi məsələsi hələ də qeyri-müəyyən olaraq qalır, çünki işlənmiş "Mirage"ın qiyməti yeni "Rafale"in qiymətindən xeyli aşağıdır.

"Büdcə çətinlikləri içində olan Fransanın özü Ukraynaya daha çox Miraj təyyarəsi verə bilmir, lakin Yunanıstan da o qədər zəngin deyil."Yalnız Avropa maliyyəsi belə bir razılaşmanı mümkün edə bilər". Ukraynanın köhnə Yunanıstan təyyarələrinin alınması üçün Avropa Birliyi tərəfindən ayrılan 90 milyard avronun bir hissəsini istifadə edə biləcəyi gözlənilir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər