Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiyaya başlanılıb
Far.Az xəbər saytı

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiyaya başlanılıb


"AzerGold" QSC yerli və beynəlxalq qanunvericiliyə, ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf prinsiplərinə uyğun olaraq Daşkəsən rayonunun Çovdar kəndinin yaxınlığında yerləşən emal kompleksində rekultivasiya işlərinə başlayıb.

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) yerləşən, hazırda istismara yararsız olan və ümumilikdə 88 hektarı əhatə edən boş süxur anbarının 15 hektarlıq hissəsində artıq münbit torpaq qatı bərpa edilib, yamacbərkitmə işləri həyata keçirilib. Növbəti mərhələdə bioloji rekultivasiya tədbirləri çərçivəsində əraziyə 300 kiloqram yonca toxumu səpilib. Görülən işlər torpaq strukturunun yaxşılaşdırılmasına və ekosistemin mərhələli şəkildə bərpasına xidmət edir.

Rekultivasiya tədbirləri üzrə layihə planının növbəti mərhələləri çərçivəsində mədənin digər sahələrində hasilat nəticəsində münbitlik xüsusiyyətləri dəyişmiş torpaqların bərpası işlərinin davam etdirilməsi nəzərdə tutulur. Bu çərçivədə rekultivasiya tədbirləri mədən şirkətlərinin ekoloji məsuliyyətinin ayrılmaz hissəsi olmaqla, qanunvericilik və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir.

"AzerGold" ölkədə rekultivasiya işlərini həyata keçirən ilk dağ-mədən şirkətidir. Şirkət istismarı başa çatmış "Ağyoxuş-1" qızıl mədənində rekultivasiya işləri həyata keçirib.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər