Avropa çempionu olan yunan-Roma güləşi üzrə Azərbaycan millisi Vətənə qayıdıb
Albaniyada keçirilən Avropa çempionatında 2 qızıl, 3 bürünc medal qazanaraq komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi üzrə Azərbaycan millisinin Heydər Əliyev Aeroportunda qarşılanma mərasimi keçirilib.
"Report" xəbər verir ki, idmançılar jurnalistlərə açıqlama verib və öz hissləri ilə bölüşüblər.
Yunan-Roma güləşi üzrə Avropa çempionatında qızıl medal qazanan Azərbaycan güləşçisi Həsrət Cəfərov qazandığı uğuru yaxşı hazırlıqla əlaqələndirib. "Getməmişdən əvvəl üzərimdə böyük bir məsuliyyət var idi", - o deyib və əlavə edib ki, Azərbaycanın güləş tarixinə düşə biləcəyini bilirdi:
"Bunun üçün çox yaxşı hazırlaşırdım. Gördüyünüz kimi, çox güclü görüşlərim keçib. Hazırlığımız yaxşı olmasaydı, görüşlərdə qalib gələ bilməzdim. İlk raundlarda geri qalaraq xal itirsəm də, növbəti mərhələdə yaxşı nəticə göstərərək xallarımı geri qaytara bildim".
Avropa çempionatında bürünc medal qazanan İslam Abbasov isə bildirib ki, Yunan-Roma güləşi üzrə Avropa çempionatı gərgin mübarizə ilə keçib.
"Avropa çempionatında rəqabət güclü olduğundan bu yarışlarda təcrübə lazımdır ki, oyun uğurlu olsun. Təəssüflər olsun ki, bürünc medal qazandım, çalışacam ki, növbəti yarışlarda medalın əyarını dəyişib qızıl edim", - o bildirib.
Oxşar xəbərlər
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
Bratislavada İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verilib
İtaliya Prezidenti Sercio Mattarellanın Bakıda rəsmi qarşılanma mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
-
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
-
Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi 75% azalıb
-
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
-
Bakıya gəlmək istəyən erməni tankları













