Əraqçi Pakistanda ABŞ nümayəndə heyəti ilə görüşməyəcək - YENİLƏNİB
Far.Az xəbər saytı

Əraqçi Pakistanda ABŞ nümayəndə heyəti ilə görüşməyəcək - YENİLƏNİB


İranın xarici işlər naziri Abbas Əraqçi Pakistana səfəri zamanı ABŞ nümayəndə heyəti ilə görüş keçirməyəcək, yalnız İslamabad nümayəndələri ilə ikitərəfli danışıqlar aparılacaq.

"Far.Az" xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

"Reuters" agentliyi isə qeyd edib ki, Əraqçi ABŞ ilə mümkün danışıqlara dair öz təkliflərini Pakistana təqdim edəcək.

Pakistan tərəfi isə təklifləri Vaşinqtona çatdırmalıdır.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə danışıqların ikinci raundunda iştirak etmək üçün bu gün axşam nümayəndə heyəti ilə İslamabada yollana bilər.

"Far.Az" xəbər verir ki, bu barədə Pakistanın "Geo TV" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ nümayəndə heyətinin mümkün gəlişinə hazırlığa cavabdeh olan amerikalı logistika və təhlükəsizlik mütəxəssisləri artıq Pakistanın paytaxtındadır.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Saatlarla davam edən müzakirələr razılaşma əldə edilmədən başa çatıb.

Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. Öz növbəsində, İran bildirib ki, Hörmüz Fars körfəzi ölkələrinə üzən gəmilər üçün artıq bağlıdır. Bölgədəki vəziyyət, öz növbəsində, dünya enerji böhranına səbəb olub.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər