Hörmüz boğazında yeni fırıldaqçılıq sxemi: gəmilərə saxta "təhlükəsiz keçid" təklif edilir
Far.Az xəbər saytı

Hörmüz boğazında yeni fırıldaqçılıq sxemi: gəmilərə saxta "təhlükəsiz keçid" təklif edilir


Gəmiləri Hörmüz boğazının qərbində qalan bəzi gəmiçilik şirkətləri kriptovalyuta müqabilində boğazdan "təhlükəsiz keçid" təklif edən saxta mesajlar almağa başlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Reuters" Yunanıstanın "MARISKS" dəniz risklərinin idarə edilməsi şirkətinə istinadən məlumat yayıb.

Şirkət xəbərdarlıq yayaraq bildirib ki, özünü İran hökumətinin nümayəndələri kimi təqdim edən naməlum şəxslər bir sıra gəmiçilik şirkətlərinə keçid üçün "icazə"yə görə "Bitcoin" və ya "Tether" kriptovalyutası ilə ödənişin tələb olunduğu mesajlar göndərib.

Tehran bu məsələyə hələ münasibət bildirməyib.

Oxşar xəbərlər

Kriptovalyuta bazarı təzyiqdə: likvidlik azalır, investorlar təhlükəsiz aktiv axtarır - ARAŞDIRMA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"Bitcoin" və ABŞ hökuməti: Kriptovalyuta tənzimləmələri bazara necə təsir edir?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər