Avropa çempionatında üçüncü olan Jalə Əliyeva: "Məqsədim qızıl medal qazanmaq idi"
Azərbaycanın qadın güləşçisi Jalə Əliyevanın məqsədi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanmaq olub.
"Report" xəbər verir ki, bunu 57 kq çəki dərəcəsində mübarizə aparan idmançının özü Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
O, növbəti yarışlara daha ciddi hazırlaşacağını vurğulayıb:
"Bu yarışa çox güclü hazırlaşmışdıq. Məqsədim çempion olmaq idi. Ötən il də yarimfinalda zədələndiyim üçün görüşü davam etdirə bilməmişdim. Bu dəfə çempion olmaq istəyirdim. Təəssüf ki, alınmadı. Müəyyən səhvlərə yol verdim. Bu səhvlərin üzərində çalışıb əlimdən gələnin ən yaxşısını edəcəyəm".
Qeyd edək ki, Jalə Əliyeva üçüncü yer uğrunda qarşılaşmada Arina Demçankaya (UWW) "tuş"la qalib gələrək bürünc medala sahib çıxıb.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kobaxidze: Zurab Pataradzenin səfirliyi dövründə Azərbaycanla münasibətlər yeni mərhələyə yüksəlib
-
Ailəsi tərəfindən atılan üç azyaşlı uşağın SON VƏZİYYƏTİ
-
Kamran İmanov: Süni intellekt əqli mülkiyyətin inkişafına mühüm töhfə verir
-
Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib - SİYAHI
-
Les Echos: Paris və Afina Kiyevə "Mirage" qırıcılarının təhvili ilə bağlı danışıqlar aparırlar
-
Azərbaycanda çimərlik futbolu üzrə Superliqa və Gənclər Liqasının təşkili iyunda nəzərdə tutulub













