Ceyms Trafford "Mançester Yunayted"ə keçməkdən imtina edib
"Mançester Siti"nin qolkiperi Ceyms Trafford İngiltərə Premyer Liqasının digər təmsilçisi "Mançester Yunayted"ə keçməyəcək.
"Report" "The Sun"a istinadən xəbər verir ki, qolkiper karyerasını Mançester şəhəri daxilində deyil, başqa çempionatda davam etdirməyə üstünlük verir.
Yayda "şəhərlilər"i tərk edəcəyi gözlənilən ingiltərəli qapıçı daha çox oyun təcrübəsi qazanmaq niyyətindədir. Hazırda o, komandada Canluici Donnarumma ilə rəqabət səbəbindən kifayət qədər şans qazana bilmir. Futbolçunu İtaliyanın "Yuventus" klubu yaxından izləyir. Turin təmsilçisi 22 yaşlı qapıçı üçün təxminən 20 milyon avro ödəməyə hazırdır. Həmçinin qolkiper İngiltərənin daha iki klubu - "Aston Villa" və "Nyukasl"ın da maraq dairəsindədir.
Qeyd edək ki, C.Trafford cari mövsümdə keçirdiyi 14 matçda 10 qol buraxıb. O, 7 oyunda qapısını toxunulmaz saxlayıb. Onun klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.
Oxşar xəbərlər
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
Bu günün valyuta məzənnələri
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır
-
Azərbaycan ilə Çexiya Müdafiə nazirlikləri arasında "İkitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb
-
Kür çayında su səviyyəsinin artması ilə bağlı vəziyyət müzakirə edilib
-
Xankəndidə "Yaradan" sənədli filminin təqdimatı keçirilib
-
Azərbaycanda çimərlik futbolu üzrə Superliqa və Gənclər Liqasının təşkili iyunda nəzərdə tutulub
-
Azərbaycanda I rübdə müavinət və təqaüd ödənişləri 561 milyon manata çatıb













