Fransanın energetika naziri: Praqmatik iqlim maliyyəsi yaratmağa ümid edirik
Far.Az xəbər saytı

Fransanın energetika naziri: Praqmatik iqlim maliyyəsi yaratmağa ümid edirik


İqlim böhranı bütün dünyada, xüsusən də ən həssas ölkələr və cəmiyyətlərdə insanların həyatına mənfi təsir göstərir. Buna görə də, Yeni Kollektiv Kəmiyyət Məqsədləri (NCQGs) üzərində danışıqlar apararkən, iqlim maliyyəsinin praqmatik gələcəyini formalaşdıra biləcəyimizə ümid edirik.

“Report” xəbər verir ki, bunu Fransanın energetika naziri Olqa Jiverne Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində İqlim və İnkişaf üzrə Nazirlər Görüşündə (C&DM) deyib.

O bildirib ki, Fransa dünyanın ən böyük iqlim donorlarından biridir: “Ölkə hər il azı 6 milyard avro iqlim maliyyəsi təmin edir. Bu resursların üçdə biri uyğunlaşmaya yönəldilir”.

Energetika nazirinin sözlərinə görə, 2022-ci ildə Fransa Yaşıl İqlim Fondu, Uyğunlaşma Fondu və ən az inkişaf etmiş ölkələr Fondu vasitəsilə uyğunlaşma üçün 2,5 milyard avro ayırıb.

Nazir qeyd edib ki, "Uyğunlaşma" adlı xüsusi mexanizm vasitəsilə təmin edilən vəsaitlər ən həssas ölkələrə öz milli uyğunlaşma planlarını hazırlamalarına texniki yardım göstərilməsinə istifadə olunur: “2017-ci ildə işə salındığı vaxtdan bu mexanizm təxminən 700 milyon avro davamlı investisiya cəlb edib”.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Azərbaycanda keçiriləcək COP29 - iqlim dəyişmələrinin qarşısıalınmaz fəsadları ilə mübarizədə yeni mərhələ - RƏY

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər