Ağabala Ramazanov: Məşqçi kurslarındakı çətinliklər məni qorxutmur
Far.Az xəbər saytı

Ağabala Ramazanov: Məşqçi kurslarındakı çətinliklər məni qorxutmur


Məşqçi kurslarında çətinliklər var, amma bu məni qorxutmur.

Bunu "Far.Az"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ağabala Ramazanov hazırda oxuduğu məşqçilik kursları ilə bağlı danışarkən deyib.

O, hazırda uyğunlaşma dönəmində olduğunu nəzərə çatdırıb:

"Futbol həyatımı həsr etdiyim peşədir, sevə-sevə oxuyuram. Kurslardakı müəllimlərə təşəkkür edirəm ki, bizə hər şeyi xırdalıqlarına qədər izah edirlər. Hazırda uyğunlaşama dönəmindəyəm. Çünki məşqçilikdən fərqli, futbolçu kimi komfortlu zonada olursan. Buna baxmayaraq, işimə peşəkar şəkildə yanaşıram".

Sabiq hücumçu məşqçiliyə uşaq futbolundan başlamaq istəyini bildirib:

"Uşaq futbolunda çalışmaq üçün müəyyən vaxt lazımdır. Çünki öyrənmək və öyrətmək birdən-birə alınmır. Təcrübə mütləqdir".

Qeyd edək ki, ötən mövsüm bitdikdən sonra futbolçu karyerasını yekunlaşdıran Ağabala Ramazanov AFFA tərəfindən keçirilən UEFA-nın B kateqoriyalı məşqçi kursunda iştirak edir.

Oxşar xəbərlər

Azərbaycan klubunun kapitanı UEFA-nın məşqçilik kursunda iştirak edir
Azərbaycan kubunun kapitanı UEFA-nın məşqçilik kursunda iştirak edir
UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - YENİLƏNİB - 6
“Neftçi”dən Qara Qarayev ilə bağlı QƏRAR
Azərbaycan I yarımildə magistral neft kəmərlərindən əldə etdiyi gəliri açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər