Premyer Liqa: "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib
Far.Az xəbər saytı

Premyer Liqa: "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib


Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

"Far.Az"un Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, günün ikinci matçında şəhərin eyniadlı komandası "Araz-Naxçıvan"ı qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

76-cı dəqiqədə qonaqların futbolçusu Ömər Buludov avtoqol müəllifi olub. 83-cü dəqiqədə İssuf Paro tarazlığı bərpa edib.

Bu nəticədən sonra Naxçıvan klubu 40 xalla altıncı, "Qəbələ" 20 xalla 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib.

Tura aprelin 27-də yekun vurulacaq.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
"FIFA Series – 2026": Azərbaycan - Syerra Leone oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Millətlər Liqası: Azərbaycan yığması növbəti dəfə məğlub olub - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər