Tbilisidə azərbaycanlı turistin qətli ilə bağlı yeni detallar üzə çıxıb
Gürcüstanın paytaxtı Tbilisidə 37 yaşlı Azərbaycan vətəndaşı İradə Quliyevanın qətlə yetirilməsi ilə bağlı araşdırma davam edir.
BAKU.WS-in "Pirveli TV"yə istinadən yaydığı məlumata görə, hadisə iki gün əvvəl şəhərin Mqaloblişvili küçəsində qeydə alınıb. İstintaq zamanı müəyyən edilib ki, cinayətdə şübhəli bilinən İveri Eliava qurbanla əvvəlcədən tanış olmayıb. Onların sosial şəbəkə vasitəsilə əlaqə qurduqları və sonradan görüş təyin etdikləri bildirilir.
İttiham tərəfinin versiyasına əsasən, şübhəli şəxs qumar asılılığından əziyyət çəkib və ciddi maliyyə problemləri yaşayıb. Bu səbəbdən o, maddi qazanc əldə etmək məqsədilə cinayəti planlaşdırıb.
İstintaq materiallarında qeyd olunur ki, Eliava qadına boyun və boğaz nahiyəsindən çoxsaylı bıçaq zərbələri endirib. Nəticədə zərərçəkmiş hadisə yerində həyatını itirib. Hadisədən sonra şübhəli şəxs polisə gedərək könüllü təslim olub və cinayət aləti ilə yanaşı, mərhumun mobil telefonlarını və pasportunu hüquq-mühafizə orqanlarına təqdim edib.
İlkin dindirmə zamanı cinayəti etiraf edən şəxs sonradan məhkəmədə ifadəsini dəyişərək susmaq hüququndan istifadə edib və ittihamları qəbul etməyib.
Müdafiə tərəfi isə hadisənin fərqli şəraitdə baş verdiyini bildirir. Vəkilin sözlərinə görə, tərəflər arasında mübahisə yaranıb və hadisə bu zəmin üzərində törədilib. Bu səbəbdən cinayətin "tamah məqsədilə qəsdən adam öldürmə" kimi qiymətləndirilməsinə etiraz edilir və əlavə araşdırma tələb olunur.
Qeyd edək ki, İradə Quliyeva Tbilisiyə turizm məqsədilə səfər edib və şəhərdə kirayə mənzildə qalırmış.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Birinci xanım Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Mançester Siti" İngiltərə Kubokunun finalına çıxıb
-
Trampın iştirak etdiyi tədbirdə silahı insident: Prezident və xanımı təxliyə edildi
-
Bu gün IX sinif şagirdləri imtahan veriblər - YENİLƏNİB
-
Tramp İranla telefon danışıqlarının davam etdiriləcəyini düşünür
-
Azərbaycanın dağ xizəkçisi Şanel Akselsson Norveçdəki beynəlxalq yarışda 4-cü olub
-
Naxçıvanda cüdo üzrə region birinciliklərinə start verilib













