Haitidə Belçikaya məxsus hərbi təyyarəyə atəş açılıb
Haitidə BMT missiyası çərçivəsində uçuş həyata keçirən Belçikaya məxsus hərbi nəqliyyat təyyarəsi atəşə tutulub.
Far.Az xarici KİV-lərə istinadən xəbər verilir ki, Airbus A400M tipli təyyarə Dominikan Respublikasının paytaxtı Santo Dominqodan Haitinin paytaxtı Port-o-Prens istiqamətində uçuş edərkən hədəfə alınıb. Uçuşdan sonra aparılan texniki baxış zamanı təyyarənin quyruq və mühərrik hissəsində güllə izləri aşkar edilib.
Məlumata görə, təyyarə BMT missiyası çərçivəsində təxminən 80 çadlı hərbçini Port-o-Prensə çatdırıb. Hərbçilər endirildikdən sonra hava gəmisi təhlükəsiz şəkildə geri qayıdıb.
İlkin ehtimallara əsasən, təyyarə enişə yaxın mərhələdə atəşə tutulub. Hadisə nəticəsində ekipaj üzvlərinin xəsarət almadığı bildirilib.
Faktı Belçika Müdafiə Nazirliyi təsdiqləyib. Hadisənin səbəbləri və hücumu törədən şəxslərlə bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Yeni "McDonald"s" restoranı "Port Baku Mall"un qarşısında fəaliyyətə başlayıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













