CENTCOM Hörmüzdə blokadanın başlanğıcından bəri ələ keçirilən gəmilərin sayını açıqlayıb
Far.Az xəbər saytı

CENTCOM Hörmüzdə blokadanın başlanğıcından bəri ələ keçirilən gəmilərin sayını açıqlayıb


ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) İran limanlarının dəniz blokadası başlayandan bəri İranla əlaqəli 38 ticarət gəmisini dayandırıb.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

"ABŞ HDQ gəmilərin daxil olmasına və çıxmasına yol verməyərək İran limanlarının blokadasını həyata keçirməyə davam edir. Amerika Silahlı Qüvvələri 38 gəmiyə istiqamətini dəyişmək və ya geri, limana qayıtmaq barədə əmr verib", - deyə komandanlığın bəyanatında qeyd olunur.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.

Media yazıb ki, aprelin 27-də İslamabadda, İran və ABŞ arasında danışıqların növbəti raundu keçirilməli idi və bunu Ağ Ev də təsdiqləmişdi. ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner şənbə günü İslamabada uçmalı idilər, lakin bundan qısa müddət əvvəl Tramp öz nümayəndələrinin Pakistana səfərini ləğv etdiyini bildirib.

Oxşar xəbərlər

Azərbaycanın bir diplomatı və üç Çin vətəndaşı İrandan təxliyə olunub
Azərbaycanın bir diplomatı və üç Çin vətəndaşı İrandan təxliyə olunub - YENİLƏNİB-3
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Banqladeş, Qətər, Pakistan vətəndaşları İrandan Azərbaycana təxliyə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər