Li Çje Myon: Seul Pxenyanla mehriban qonşuluq münasibətləri qurmaq niyyətindədir
Cənubi Koreya Prezidenti Li Çje Myon Seulun Şimali Koreya ilə mehriban qonşuluq münasibətlərinin qurulması istiqamətində səyləri artırmaq niyyətində olduğunu bəyan edib.
"Far.Az" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
"Hökumət Koreya yarımadasında dinc yanaşı yaşama siyasətini ardıcıl şəkildə həyata keçirəcək. Etimadı bərpa etmək və yarımadada sülhə nail olmaq üçün fəal şəkildə addım atacağıq", - o bildirib.
Cənubi Koreya lideri əlavə edib ki, ölkə qarşı tərəfin bu təşəbbüsə müsbət reaksiyasına ümid edir.
"Ümid edirik ki, "Şimal" (Şimali Koreya) da hökumətimizin səmimiyyətinə inanacaq və cavab verəcək", - o qeyd edib.
L.Ç.Myon bu bəyanatı 2018-ci il aprelin 27-də Şimali Koreya və Cənubi Koreya liderləri tərəfindən imzalanmış Koreya yarımadasında sülh, inkişaf və birləşmə haqqında Phanmunccom Bəyannaməsinin ildönümü münasibətilə verib. Tərəflər düşmənçilik hərəkətlərinə son qoymağı, tam nüvəsizləşdirməyə nail olmağı və əməkdaşlığı gücləndirməyi öhdələrinə götürüblər.
Myon həmçinin qeyd edib ki, onun administrasiyası 2025-ci ilin iyununda vəzifəyə başladıqdan sonra müxtəlif təşəbbüslər vasitəsilə sülhə sadiqliyi təsdiq edərək Şimalla etimadın bərpası istiqamətində addımlar atıb.
"Biz açıq şəkildə bildirdik ki, "Şimal"ın siyasi sisteminə hörmət edirik, ilhaq yolu ilə birləşməyə nail olmaq niyyətimiz yoxdur və istənilən düşmənçilik hərəkətlərindən çəkinəcəyik", - o bəyan edib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İçərişəhər rəqəmsallaşır: Yelo Bank yeni təşəbbüsə qoşuldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün IX sinif şagirdləri imtahan veriblər - YENİLƏNİB
-
Süd BAHALAŞACAQ
-
Estoniyaya aid patrul gəmisi Rusiya sərhədini pozub
-
İranda "İnternet Pro" məhdudiyyətləri müvəqqəti xarakter daşıyır
-
7 yaşlı Səid fitri istedadı ilə hər kəsi heyrətləndirdi
-
Azərbaycan hərbçiləri "EFES-2026" təlimində iştirak üçün Türkiyəyə yola düşüblər













