İsraildə yeni siyasi ittifaq: Netanyahu hökumətdən kənarda qala bilər
Far.Az xəbər saytı

İsraildə yeni siyasi ittifaq: Netanyahu hökumətdən kənarda qala bilər


İsraildə müxalif qüvvələrin birləşməsi ölkənin siyasi gündəmində ciddi dəyişiklik vəd edir.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş baş nazir Naftali Bennett ilə müxalifət lideri Yair Lapid qarşıdakı seçkilərə vahid blok şəklində qatılmaq barədə razılığa gəliblər. Bildirilir ki, bu addım hakimiyyətdə olan Benyamin Netanyahu üçün ciddi siyasi risk yarada bilər.

Məlumata görə, yeni formalaşdırılan ittifaqın əsas məqsədi seçkilərdə parlament çoxluğunu əldə edərək Netanyahusuz hökumət qurmaqdır. İsrail mediası bu birliyin 120 yerlik parlamentdə 61 mandatlıq "kritik həddi" keçə biləcəyini qeyd edir.

Sorğulara əsasən, Bennettin rəhbərlik etdiyi siyasi qüvvənin parlamentdə 24 yer qazanmaq potensialı var. Bu göstərici hazırda hakim Likud Partiyası ilə eyni səviyyədə qiymətləndirilir. Lapidin partiyasının isə daha az sayda mandat əldə edəcəyi proqnozlaşdırılır.

Ekspertlərə görə, əsas çətinlik Bennettin sağçı elektoratını Lapid kimi daha sekulyar mövqeli siyasətçi ilə ittifaqa inandırmaq olacaq.

İttifaq müxalifət daxilində dəstək qazansa da, hakim düşərgə tərəfindən sərt tənqid olunub. Likud Partiyası bu birliyi "seçici manipulyasiyası" adlandırıb. Hökumətdə təmsil olunan bəzi sağçı siyasətçilər isə ittifaqın ölkənin siyasi kursuna təhlükə yarada biləcəyini iddia ediblər.

Qeyd edək ki, Bennett və Lapid daha əvvəl də 2021-ci ildə birgə koalisiya yaradaraq Netanyahunun uzunmüddətli hakimiyyətinə son qoymuşdular.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər