Azərbaycanla Efiopiya arasında müdafiə sahəsində əməkdaşlıq sazişi ratifikasiya edilib
Milli Məclis Azərbaycanla Efiopiya arasında müdafiə sahəsində əməkdaşlıq sazişini ratifikasiya edib.
"Far.Az" xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunub.
Bildirilib ki, "Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında" Saziş 2026-cı il 27 fevral tarixində Bakı şəhərində imzalanıb.
Layihəyə əsasən, sazişin əsas məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlıq üçün hüquqi çərçivə yaratmaq, müdafiə sahəsində əməkdaşlığın beynəlxalq sülh və sabitliyi təşviq etdiyini nəzərə alaraq müvafiq istiqamətlər üzrə ikitərəfli əlaqələri (hərbi təhsil, məşq, təlim, mülki-hərbi əməkdaşlıq, sülhməramlı və humanitar əməliyyatlar, maddi-texniki təminat, hərbi-texniki əməkdaşlıq və sairə istiqamətlərdə) genişləndirmək və möhkəmləndirməkdir.
Sazişdə əməkdaşlığın formaları kimi rəsmi səfərlər və işgüzar görüşlər, hərbi təhsil, treninq, ikitərəfli danışıqlar, məsləhətləşmələr, hərbi təlimlərdə iştirak, müdafiə sərgilərində iştirak, hərbi və mülki heyətlərin səfərləri və s. nəzərdə tutulur.
Vurğulanıb ki, sazişin həyata keçirilməsi üçün həvalə edilmiş səlahiyyətli orqan hər iki ölkənin Müdafiə Nazirliyidir.
Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib.
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün IX sinif şagirdləri imtahan veriblər - YENİLƏNİB
-
Süd BAHALAŞACAQ
-
Estoniyaya aid patrul gəmisi Rusiya sərhədini pozub
-
İranda "İnternet Pro" məhdudiyyətləri müvəqqəti xarakter daşıyır
-
7 yaşlı Səid fitri istedadı ilə hər kəsi heyrətləndirdi
-
Azərbaycan hərbçiləri "EFES-2026" təlimində iştirak üçün Türkiyəyə yola düşüblər













