Avrokomissar: Azərbaycan COP29-a uğurlu sədrlik etməklə iqlim dəyişikliyi ilə mübarizədə vacib rol oynayacaq
Far.Az xəbər saytı

Avrokomissar: Azərbaycan COP29-a uğurlu sədrlik etməklə iqlim dəyişikliyi ilə mübarizədə vacib rol oynayacaq


Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə əsas töhfəsi onun COP29 konfransına uğurlu sədrliyi olacaq.

Bu barədə “Report”un sualını cavablandıran Avropa İttifaqının iqlimin mühafizəsi üzrə komissarı Vopke Hukstra jurnalistlərə bildirib.

“Dünyanın COP-un güclü liderliyinə ehtiyacı var və burada sədrliyin rolu da son dərəcə vacibdir. O, təkcə prosesə töhfə verməməli, həm də lider olmalıdır. Bu konfransın uğurla təşkilində Azərbaycana kömək etməyə hazırıq”, - avrokomissar deyib

O həmçinin qeyd edib ki, Avropa İttifaqı, öz növbəsində, iqlim dəyişikliyi ilə mübarizədə şəffaflığın təmin edilməsini və maliyyələşdirmənin artırılmasını prioritet hesab edir.

“Birincisi, hamımız şəffaflıqda maraqlıyıq, çünki əks halda ölkələrin əslində nə etdiyini qiymətləndirə və başa düşə bilməyəcəyik. İkincisi, daha çox vəsait cəlb etməliyik, dövlət və özəl sektordan maliyyələşməni artırmalıyıq. Avropa İttifaqı nəzərdə tutulduğundan artığını etməyə davam edəcək, amma digər ölkələrin də öz üzərinə düşəni etmələri vacibdir. Bu cür sərmayələri yatırmağa qadir olan ölkələr var və onlar da bu məsuliyyəti öz üzərinə götürməlidirlər”, - avrokomissar vurğulayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər