İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş sahələrində görüləsi işlər çoxdur
Far.Az xəbər saytı

İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş sahələrində görüləsi işlər çoxdur


Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş sahələrində yenidənqurmaya gəldikdə, görüləsi işlər çoxdur.

"Far.Az" xəbər verir ki, bunu Prezident İlham Əliyev Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə keçirilən Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı deyib.

"Beləliklə, biz Dünya Bankı, AYİB, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur və Sərmayə Bankı və digər aparıcı maliyyə təsisatları ilə artıq fəal işə başlamışıq", - Prezident bildirib və əlavə edib ki, məqsəd qarşımızda olan mühüm layihələrin icrasında daha çox dinamika yaratmaqdır:

"Beynəlxalq təcrübəyə gəldikdə, biz, həmçinin qeyd edə bilərik ki, "Moody's" Reytinq Agentliyi Azərbaycanın kredit reytinqini müsbət proqnozlu sərmayə reytinqi səviyyəsinə qaldırıb. Düşünürəm ki, bütün bunlar Azərbaycana pul vəsaitlərinin qoyulması üçün münasib məkan olması barədə investorlara yaxşı işarədir. Birmənalı olaraq, siyasi sabitlik, sosial sabitlik, təhlükəsizlik, yəni ölkədə işgüzar fəaliyyətlə məşğul olmaq qərarını qəbul edən sərmayədara ilk növbədə lazım olan hər meyar var".

Oxşar xəbərlər

Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər