Slovakiya Rusiya qazının idxalına qoyulan qadağaya görə Aİ Məhkəməsinə müraciət edib
Slovakiya Rusiyadan qaz tədarükünün tədricən qadağan edilməsi barədə qəbul olunmuş qərara Avropa İttifaqı (Aİ) məhkəməsində etiraz edir.
"Far.Az" xəbər verir ki, bu barədə "ČTK" agentliyi respublikanın Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.
"Slovakiya ötən həftə Aİ-nin Rusiya qazının idxalını tədricən dayandırmaq qərarına qarşı əvvəlcədən anons edilmiş iddianı qaldırıb", - məlumatda bildirilib.
Fevralın əvvəllərində Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib ki, Budapeşt Rusiyadan neft və qaz idxalına qoyulan qadağanın ləğv edilməsi üçün artıq Aİ məhkəməsinə müraciət edib.
Xatırladaq ki, Aİ Şurası yanvar ayında Rusiya yanacağından mərhələli şəkildə imtina edilməsi haqqında reqlamenti təsdiqləyib. Qısamüddətli müqavilələr üzrə mayeləşdirilmiş təbii qaz idxalına qadağa aprelin 25-də qüvvəyə minib, uzunmüddətli müqavilələr üzrə isə 2027-ci il yanvarın 1-dən planlaşdırılır. Boru kəməri qazına embarqo qısamüddətli müqavilələr üzrə 17 iyun 2026-cı ildən, uzunmüddətli müqavilələr üzrə isə 1 noyabr 2027-ci ildən işə düşəcək.
Oxşar xəbərlər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Estoniyaya aid patrul gəmisi Rusiya sərhədini pozub
-
Əraqçi: Qonşularımız bizim prioritetimizdir
-
Naxçıvanda ağır QƏZA: bir nəfər ölüb, üç nəfər xəsarət alıb
-
Yasamalda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb
-
"Axios": İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur
-
ABŞ Sakit okeanda narkotik daşıyan daha bir gəmiyə zərbə endirib













