Podesta: COP29-da Azərbaycan və Çinlə metan və qeyri-CO2 qazları üzrə sammit keçirəcəyik
ABŞ-nin Bakıda təşkil olunacaq COP29 çərçivəsində tədbirin ilk günlərində Çin və Azərbaycanla metan və qeyri-CO2 qazları üzrə sammitin keçirilməsinə dair razılaşması var.
“Report” xəbər verir ki, bunu ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi müşaviri Con Podesta azərbaycanlı jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
“Bu qeyri-karbon qazlarına az diqqət yetirilir, lakin qlobal istiləşmənin yarısını onlar təşkil edir. Buna görə də ölkələrin metan, azot oksidi, hidroflüorokarbonlar və digər istixana qazları kimi qazları azaltması üzrə yeni öhdəliklər götürmələrini təmin etmək üçün əməkdaşlıq etmək istəyirik. Yüksək dərəcədə inteqrasiya olunmuş karbon bazarlarının düzgün işləməsini və ölkələr arasında düzgün uçotun aparılması vədlərinin təmin edilməsi üçün bu mərhələdə (COP-da – red.) Paris Sazişinin 6-cı maddəsi kimi tanınan razılaşmaları bitirmək istəyirik. Düşünürəm ki, görüşdə bu mövzuda irəliləyiş əldə etdik”, - o bildirib.
Podestanın sözlərinə görə, bu konfransın ən mühüm nəticələrindən biri NCQG adlanan yeni kollektiv maliyyə məqsədi olacaq: “Bu, 2015-ci ildə Fransada Paris Sazişinə əsasən razılaşdırılmış illik 100 milyard dollarlıq öhdəliyin davamıdır. Tərəflər razılaşıb ki, 2025-ci ilə qədər yeni kollektiv kəmiyyət sazişi ilə çıxış edəcəyik. Pre-COP-da bu baxımdan məhsuldar müzakirələr apardıq”.
Oxşar xəbərlər
COP29 qlobal səviyyədə istixana qaz emissiyalarının balansını təmin edəcək - FOTO - ANALİZ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Con Podesta: ABŞ və Çin COP29 çərçivəsində keçiriləcək iqlim danışıqlarını müzakirə edib
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Oman sahillərində iki gəmi hücuma məruz qalıb
-
ABŞ-də dizelin qiyməti tarixi maksimuma çatıb
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Tramp İranla münaqişənin nə vaxt başa çatacağını açıqlayıb
-
BƏƏ Almaniya iqtisadiyyatına 40 milyard avro investisiya yatıracaq
-
Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub













