Fuad Nağıyev: "Şuşada qastronomiya tədbirləri artıq ənənə halını alıb"
Far.Az xəbər saytı

Fuad Nağıyev: "Şuşada qastronomiya tədbirləri artıq ənənə halını alıb"


Şuşa şəhərində qastronomiya tədbirlərinin keçirilməsi artıq ənənə halını alıb.

"Far.Az"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Şuşada keçirilən Kulinariya və Qastronomiya Festivalında deyib.

Onun sözlərinə görə, Şuşanın 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan olunması bu cür tədbirlərin əhəmiyyətini daha da artırır:

"Festivalda Azərbaycanla yanaşı, dost və qardaş ölkələrin milli mətbəx nümunələri təqdim olunur. Artıq Şuşada qastronomiya tədbirlərinin təşkili ənənəvi hal alıb. 2022-ci ildə Beynəlxalq Qastronomiya Festivalı, 2024-cü ildə isə İslam ölkələrinin iştirakı ilə Qastronomiya Günü keçirilib. Ölkə rəhbərliyi tərəfindən turizmin, xüsusilə qastroturizmin inkişafına xüsusi diqqət yetirilir və bu sahə Dövlət Turizm Agentliyinin prioritet istiqamətlərindən biridir".

Agentlik sədri vurğulayıb ki, qastronomiya turizmi yalnız iqtisadi baxımdan deyil, həm də milli mətbəxin, maddi-mədəni irsin və tarixi ənənələrin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm rol oynayır:

"Bu cür tədbirlər ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə, ortaq mətbəx mədəniyyətinin formalaşmasına və turizm sənayesi nümayəndələri arasında təcrübə mübadiləsinə töhfə verir".

Oxşar xəbərlər

İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər