Avropa Parlamentində Qətərlə aviasiya sazişinə yenidən baxmağa çağırıblar
Avropa Parlamentinin deputatı Daniel Freund bildirib ki, Avropa Komissiyasının sabiq yüksək vəzifəli məmuru ilə bağlı korrupsiya şübhələri fonunda Avropa İttifaqı (Aİ) ilə Qətər arasındakı aviasiya sazişinə yenidən baxılmalı və ya razılaşma dayandırılmalıdır.
"Far.Az"un Avropa bürosu xəbər verir ki, D. Freund bu barədə Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasındakı dinləmələr zamanı bildirib.
Aİ-nin 2024-cü il büdcəsinin icrasına dair hesabatın müzakirəsi çərçivəsində çıxış edən Freund qeyd edib ki, işdən çıxarılan Henrik Hololey ətrafındakı vəziyyət presedentsizdir. Onun sözlərinə görə, bu, Avropa Komissiyasının nalayiq davranış ittihamları fonunda belə bir yüksək vəzifəli dövlət qulluqçusunu faktiki olaraq kənarlaşdırdığı ilk haldır.
Freund vurğulayıb ki, Qətərlə "açıq səma" sazişi üzrə danışıqlarda məhz Hololey iştirak edib. Bununla əlaqədar deputat sazişin məmur tərəfindən ehtimal olunan rüşvət alınmasının təsiri altında bağlanmış ola biləcəyindən narahatlığını ifadə edib.
"Əgər razılaşmanın korrupsiya nəticəsi olduğunu güman etməyə əsaslar varsa, biz sadəcə olaraq onun tətbiqini davam etdirə bilmərik", - o bildirib və əlavə edib ki, Avropa Parlamenti istintaq başa çatana qədər razılaşmanın dayandırılması imkanını nəzərdən keçirməlidir.
Freund qeyd edib ki, vəziyyət təkcə daxili araşdırma deyil, həm də Aİ-nin artıq qüvvədə olan beynəlxalq razılaşmaları üçün nəticələrin siyasi qiymətləndirilməsini tələb edir.
Qeyd edək ki, Avropa Komissiyasında mobillik və nəqliyyat məsələləri üzrə baş direktor vəzifəsində işləmiş Hololey aviasiya sazişi üzrə danışıqların aparıldığı dövrdə Qətər nümayəndələrindən xərcləri ödənilmiş səfərləri qəbul etməsi barədə xəbərlərdən sonra qalmaqalın mərkəzində olub.
2021-ci ildə Aİ ilə Qətər arasında bağlanmış "Açıq səma" sazişi aviadaşımaların liberallaşdırılmasına, aviaşirkətlərin bazarlara çıxışının genişləndirilməsinə və rəqabətin gücləndirilməsinə yönəlib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Sabiq məmur oğlunun bir milyonluq dələduzluğunun DETALLARI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
-
Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb və Qafqazda sabitliyi müzakirə edib
-
Trampın qəbulunda atışmada şübhəli bilinən şəxsə yeni ittihamlar irəli sürülə bilər
-
Kubanıçbek Omuraliyev və Anar Əliyev TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
-
İlham Əliyev: Müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndiririk













