Arda Gülər zədələndi
Far.Az xəbər saytı

Arda Gülər zədələndi


İspaniyanın "Real Madrid" klubu müdafiəçi Eder Militao və hücumçu Arda Gulerin zədələri ilə bağlı rəsmi açıqlama yayıb.

Far.Az xəbər verir ki, hər iki futbolçu La Liqanın 33-cü turunda "Alaves"ə qarşı keçirilən oyunu vaxtından əvvəl tərk etməli olub. Qarşılaşma "Madrid" təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda qolları Kylian Mbappe və Vinisius Junior vurublar.

Klubun açıqlamasına görə, aparılan tibbi müayinələr nəticəsində Eder Militaoda sol ayağın bud əzələsinin (iki başlı əzələ) zədələndiyi müəyyən olunub. Arda Gülerdə isə oxşar zədə sağ ayaqda qeydə alınıb.

Hər iki futbolçunun vəziyyəti ilə bağlı daha ətraflı məlumatın yaxın günlərdə açıqlanacağı bildirilib.

Oxşar xəbərlər

Arda Gülerin paylaşdığı foto bütün dünyada viral oldu
"Qarabağ"ın tarixi qələbəsi DÜNYA MƏTBUATINDA
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
"Çelsi" Vinisius Junior üçün böyük məbləğdə pul təklif etməyə hazırlaşır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər