Məhəmməd Salah İspaniya və ya Fransa klubuna keçə bilər
Far.Az xəbər saytı

Məhəmməd Salah İspaniya və ya Fransa klubuna keçə bilər


Misir millisinin və İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah karyerasını İspaniya və ya Fransada davam etdirə bilər.

"Far.Az" xəbər verir ki, bu barədə "FourFourTwo" məlumat yayıb.

Nəşr İspaniya nəhəngi "Real" ilə Fransa çempionu PSJ-nin 32 yaşlı vingeri heyətinə qata biləcəyini yazıb.

Salahın Mersisayd təmsilçisi ilə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. O, yanvarda digər klublarla danışıqlara başlayacaq.

Qeyd edək ki, Məhəmməd Salah cari mövsüm "Liverpul"da 10 matçda 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

"Roma" "Liverpul"dan ayrılan futbolçunu heyətinə qata bilər
Məhəmməd Salah UEFA Çempionlar Liqasında ən çox qol vuran afrikalı futbolçu olub
"Arsenal"ın hücumçusu İngiltərənin başqa klubuna keçir
Məhəmməd Salah Misir millisinin heyətində 100-cü matçına çıxıb
"Everton"un futbolçusu Fransa klubuna keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər