Pulmonoloq: Yazda bitki tozcuqlarının artması allergik xəstəliklərin kəskinləşməsinə səbəb olur
Far.Az xəbər saytı

Pulmonoloq: Yazda bitki tozcuqlarının artması allergik xəstəliklərin kəskinləşməsinə səbəb olur


Yaz aylarında polenlərin (bitki tozcuqlarının) havada artması allergik xəstəliklərin kəskinləşməsinə səbəb olur.

"Far.Az" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib.

Onun sözlərinə görə, bu allergiyalar bəzən sadəcə burun axıntısı və asqırma ilə məhdudlaşsa da, bəzi hallarda daha ciddi tənəffüs problemlərinə, o cümlədən astmaya gətirib çıxara bilər:

"Yaz allergiyası əsasən allergik rinit kimi özünü göstərir. Bu zaman burun selikli qişası iltihablaşır, asqırma, burun axıntısı, qaşınma və gözlərdə sulanma müşahidə olunur. Lakin bu proses yalnız yuxarı tənəffüs yolları ilə məhdudlaşmır. Müalicə olunmadıqda və ya nəzarətsiz qaldıqda iltihab aşağı tənəffüs yollarına – bronxlara yayıla bilər. Bu zaman bronxlar həssaslaşır, daralır və nəticədə astma inkişaf edə bilər. Tibdə bu proses "allergik marş" və ya "allergik yürüş"kimi tanınır. Araşdırmalar göstərir ki, allergik riniti olan insanların əhəmiyyətli hissəsində zamanla astma riski artır. Tez-tez asqırma, şəffaf burun axıntısı, buruntutulma, burunda və gözlərdə qaşınma allergik rinitin əsas əlamətləridir".

Pulmonoloq qeyd edib ki, astma isə daha çox aşağı tənəffüs yollarını əhatə edir və nəfəs darlığı, sinədə sıxılma hissi, xırıltılı nəfəs, xüsusilə gecə artan quru öskürək, fiziki fəaliyyət zamanı nəfəs çatışmazlığı əlamətləri olur: "Əgər simptomlar yalnız burun və gözlərlə bağlıdırsa, bu daha çox allergiyanı göstərir. Lakin nəfəsalma çətinliyi və öskürək də qoşulursa, artıq astma ehtimalı nəzərə alınmalıdır. Xüsusilə, yaz aylarında polenlərin yüksək olduğu dövrlərdə astma xəstələrinin vəziyyəti pisləşə bilər".

Oxşar xəbərlər

Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər