Gürcüstan parlamenti Mamuka Mdinaradzenin dövlət naziri postuna təyinatını təsdiqləyib
Far.Az xəbər saytı

Gürcüstan parlamenti Mamuka Mdinaradzenin dövlət naziri postuna təyinatını təsdiqləyib


Gürcüstan parlamenti Nazirlər Kabinetinin tərkibində yeni vəzifənin təsis edilməsini nəzərdə tutan "Hökumətin strukturu, səlahiyyətləri və fəaliyyət qaydaları haqqında" qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.

"Far.Az" xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Dəyişikliklərin lehinə 84, əleyhinə isə 10 deputat səs verib.

Qəbul edilmiş qərara əsasən, hökumətdə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə dövlət naziri vəzifəsi yaradılacaq. Bu postu Mamuka Mdinaradzenin tutacağı artıq məlumdur. O, əvvəllər Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə rəhbərlik edib. Mdinaradze həmçinin hökumətdə baş nazirin müavini funksiyalarını da icra edəcək.

Parlamentin sədri Şalva Papuaşvili iclasda bildirib ki, Mdinaradze artıq sabahdan vəzifəsinin icrasına başlayacaq.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
Zəfər muzeyi sabahdan ziyarətçilər üçün açıq olacaq
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Rusiya mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını işıqlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər