"Əlil uşağım var, məni də aldatdılar" - Sosial şəbəkədə dələduzluq
Sosial platformalarda onlayn alış-verişlə məşğul olan bir çox səhifələrin vətəndaşlara qarşı dələduzluq etməsi ilə bağlı şikayətlərin sayı artıb.
Baku TV-nin qaynar xəttinə müraciət edən Hikmət Qaraşov "Baby Brand" adlı səhifə tərəfindən aldadıldığını iddia edir. Şikayətçi bildirib ki, həmin səhifədən 250 manata uşaq arabası sifariş verib, lakin ödənişi edib qəbzi qarşı tərəfə göndərdikdən sonra bloklanıb.
H.Qaraşovun sözlərinə görə, sözügedən səhifə "TikTok"da aylardır aktiv fəaliyyət göstərir. O, həmin səhifənin fırıldaqçı olduğunu ifşa edən digər paylaşımların şərhlərində yüzlərlə bənzər şikayətə rast gəldiyini qeyd edib. Şikayətçi hətta altıaylıq əlil övladı olan bir ananın da eyni üsulla aldadılaraq maddi zərərə uğradığını vurğulayıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, edilən müraciətlər polis əməkdaşları tərəfindən araşdırılır və qanunauyğun tədbirlərin görülməsi təmin edilir:
"Belə saxta səhifələr ilk baxışda məşhur brendlərin adından istifadə edilməsinə və satılan məhsulların real dəyərindən qat-qat aşağı qiymətinin olmasına görə diqqəti cəlb edə bilər. Buna görə də sosial şəbəkələr və elan saytları üzərindən alqı-satqı edən vətəndaşlar ehtiyatlı olmalıdırlar. Zərərə məruz qalmamaq üçün vətəndaşlarımıza internet resurslarındakı əmin olmadıqları elanlara və şübhəli linklərə daxil olmamağı, tanımadıqları və ya etibar etmədikləri şəxslərə onlayn qaydada ödəniş etməməyi, bank kartı və şəxsi məlumatlarını heç kimlə bölüşməməyi tövsiyə edirik".
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Devid Morens ABŞ-də COVID-19 sənədlərini gizlətməkdə ittiham olunur
-
"Reuters": ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir
-
İsrail Livanın cənubunda "Hizbullah"ın iki tunelini məhv edib
-
Ürək döyüntülərinin artması, əllərin əsməsi və ... - Həkimdən XƏBƏRDARLIQ
-
Bu il beynəlxalq axtarışda olan 22 nəfər xarici ölkələrdən ektradisiya edilib, 6 nəfər təhvil verilib
-
Mikayıl Cabbarov: "Özəl sektorda olan resurslar sonsuz deyil"













