Gürcüstan Patriarxlığına üç əsas namizəd var
Gürcü Pravoslav Kilsəsinin Müqəddəs Sinodu Katolikos-Patriarx vəzifəsinə namizədləri müəyyən edib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, Sinodun qərarına əsasən, patriarx postuna üç əsas namizəd irəli sürülüb: Senaki və Çxorotsku mitropoliti Şio (Muciri), Urbnisi və Ruisi yeparxiyasının mitropoliti İov (Akiyaşvili) və Poti və Xobi mitropoliti Qriqoli (Berbiçaşvili).
Patriarxlığın İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Andria Jagmaidze jurnalistlərə açıqlamasında bildirib ki, gizli səsvermənin nəticələrinə görə, Şio (Muciri) 20 səs toplayıb, digər iki namizəd isə hər biri 7 səs əldə edib.
Onun sözlərinə görə, ilkin mərhələdə digər namizədlər – yepiskoplar Qriqol Katsia, Dositeos və Melkisedek irəli sürülsə də, yekunda üç əsas namizəd seçilib.
Qeyd olunub ki, növbəti mərhələdə bu üç namizəd arasında seçim genişləndirilmiş kilsə məclisində gizli səsvermə yolu ilə aparılacaq və nəticədə yeni Katolikos-Patriarx müəyyənləşəcək. Səsvermənin tarixi hələlik açıqlanmayıb.
Qeyd edək ki, Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya martın 17-də 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar ölkədə matəm elan olunub və matəm günləri dəfn mərasiminə qədər (22 mart) davam edib.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Leyla Əliyeva Qubada iftar məclisində iştirak edib
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WUF13 Festivalının axşam proqramlarında dəyişikliklər edilib - YENİLƏNİB
-
Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB
-
Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb və Qafqazda sabitliyi müzakirə edib
-
Trampın qəbulunda atışmada şübhəli bilinən şəxsə yeni ittihamlar irəli sürülə bilər
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
-
İlham Əliyev: Müdafiə sənayesindəki əməkdaşlığımızı yüksək qiymətləndiririk













