"Tasnim": ABŞ-nin ələ keçirdiyi gəmidəki iranlılardan altısı azad olunub
Far.Az xəbər saytı

"Tasnim": ABŞ-nin ələ keçirdiyi gəmidəki iranlılardan altısı azad olunub


İranın ABŞ tərəfindən Oman körfəzində saxlanıldığı bildirilən "TOUSKA" gəmisinin heyətinin altı üzvü azadlığa buraxılıb.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, konteyner gəmisi ələ keçirilən zaman göyərtəsində 28 iranlı olub:

"İran heyət üzvlərinin ailələri ilə birlikdə gəmidə olması səbəbindən hazırkı mərhələdə gəminin azad edilməsi üçün hərbi müdaxilədən çəkinib", - məlumatda bildirilib və əlavə edilib ki, onların sərbəst buraxılması üçün rəsmi səylər davam etdirilir və bu istiqamətdə zəruri olan digər tədbirlər görülür.

Məlumata görə, azad olunan altı nəfər artıq İrandadır.

"ABŞ-nin saxladığı gəmidə qalan 22 iranlının azad olunması üçün iş aparılır", - məlumatda xatırladılıb.

Qeyd edək ki, 19-20 aprel 2026-cı il tarixlərində ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Spruance" esminesi gəmini saxlayıb. Məlumatlara görə, gəminin heyəti xəbərdarlıqlara tabe olmadığı üçün ABŞ hərbçiləri mühərrik otağına zərbə endirib və gəmini dayandırıb.

ABŞ tərəfi gəminin dəniz blokadasını (Hörmüz boğazında - red.) pozmağa çalışdığını və göyərtəsində hərbi məqsədlər üçün yararlı olan yüklər daşıdığını iddia edir. İran tərəfi isə bu hərəkəti beynəlxalq hüququn pozulması adlandırıb və gəminin sadəcə tibbi ləvazimatlar daşıdığını bəyan edib.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Lənkərançayda suyun səviyyəsi artıb - qabaqlayıcı tədbirlər görülür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər