ABŞ Dövlət Departamentinin nümayəndələri mayda Gürcüstana səfər edəcək
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ABŞ Dövlət Departamentinin nümayəndələrinin may ayında ölkəyə səfər edəcəklərini açıqlayıb.
"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, nazir bu barədə "Birinci Kanal"ın "Günün mövzusu" verilişində danışıb.
Onun sözlərinə görə, ABŞ tərəfi ilə son dövrlərdə intensiv məsləhətləşmələr aparılıb və artıq konkret addımlar müşahidə olunur. Səfər çərçivəsində amerikalı nümayəndələrin yalnız Xarici İşlər Nazirliyi ilə deyil, həm də Gürcüstan hökumətinin müxtəlif strukturları ilə görüşləri planlaşdırılır.
Boçorişvili qeyd edib ki, son aylarda Vaşinqton və Tbilisi arasında qarşılıqlı səfərlər, eləcə də yüksək səviyyəli telefon danışığı baş tutub və bu, münasibətlərdə irəliləyişin göstəricisidir. Onun sözlərinə görə, may ayında keçiriləcək görüşlər məsləhətləşmələrin ilkin mərhələsinin davamı kimi qiymətləndirilə bilər.
Nazir əlavə edib ki, ABŞ ilə münasibətlərin bərpası istiqamətində yüksək səviyyədə siyasi iradə mövcuddur və gündəlik kommunikasiya davam edir.
"Strateji əməkdaşlığın yenidən başlanması ehtimalı var. Bu prosesin uğuru həm Gürcüstanın, həm də ABŞ-nin münasibətləri hansı səviyyədə inkişaf etdirmək istəyindən asılıdır. İndiyə qədərki təmaslar göstərir ki, bu istək mövcuddur və biz daha müsbət dinamika gözləyirik", – deyə Boçorişvili vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AZAL-ın təşəbbüsü ilə Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşüblər
-
Suqovuşanda "Prezident Kuboku 2026" beynəlxalq reqatasının yarışları başlayıb
-
Bu il beynəlxalq axtarışda olan 22 nəfər xarici ölkələrdən ektradisiya edilib, 6 nəfər təhvil verilib
-
Onlayn ticarət çətinləşir - Qiymətlər bahalaşacaq?
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
Madyarla Lyayen Macarıstan üçün 17 milyard avronun blokdan çıxarılması barədə razılığa gəliblər













