Kevin Medina: "Qarabağ"da 200 matça çıxmaq qürurverici, fərqli və gözəl hissdir"
"Qarabağ"ın heyətində 200-cü oyununu keçirən Kevin Medina bu rəqəmin daha da artacağına ümid edir.
33 yaşlı futbolçu bu barədə "Far.Az"a açıqlama verib.
Kolumbiyalı müdafiəçi Misli Premyer Liqasının XXIX turunda "Neftçi" ilə matçın (5:1) onun üçün yubileylə əlamətdar olmasına toxunub:
"Qarabağ"la o qədər maraqlı yol keçmişəm ki, 200-cü oyuna necə çatdığımın fərqinə vara bilmirəm. Həqiqətən çox önəmli rəqəmdir. Bu komandada 200 matça çıxmaq qürurverici, fərqli və gözəl hissdir. Ümid edirəm ki, bu rəqəmlərin sayı daha da artacaq. Lakin hər şey Allahın əlindədir. Bizdən asılı olan məsələ deyil".
K.Medina Ağdam klubundakı hər matçda əlindən gələni etdiyini vurğulayıb:
"Çox şadam ki, "Qarabağ" kimi klubla bu qədər oyuna çıxmışam. Matçların hər birində fərqli nəticələr, hisslər olub. Ona görə 200 oyuna çıxmaq mənim üçün çox önəmlidir. Ümid edirəm ki, bu rəqəm daha da artacaq".
Xatırladaq ki, Kevin Medina 2020-ci ildən "Qarabağ"da çıxış edir.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
"Dünyanın ən gözəl qızı" Tilan Blonde hazırda 24 yaşındadır
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













