Vəkillərin İxtisas Komissiyasının sədri Hakimlərin Seçki Komitəsinə üzv seçilib
Vəkillər Kollegiyasının Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynov Hakimlərin Seçki Komitəsinə üzv seçilib.
Bu barədə "Report"a kollegiyadan məlumat verilib.
Bildirilib ki, müvafiq qərar Məhkəmə-Hüquq Şurasının iclasında qəbul edilib.
Hüquq elmləri doktoru Turqay Hüseynov 1996-cı ildə Kazan Federal Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildən hüquq elmləri namizədi, 2018-ci ildən isə hüquq elmləri doktorudur, 50-dən artıq elmi əsərin müəllifidir.
O, 2000-ci ildən Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Hazırda BDU-nun İnsan hüquqları və informasiya hüququ YUNESKO kafedrasının müdiri vəzifəsində çalışır.
Eyni zamanda Turqay Hüseynov BDU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının sədridir.
O, 2004-cü ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. 2022-ci ildən etibarən isə Vəkillərin İxtisas Komissiyasının sədri kimi fəaliyyət göstərir.
Turqay Hüseynov peşə bayramı münasibətilə və vəkilliyin inkişafındakı xidmətlərinə görə Prezident cənab İlham Əliyevin 28 dekabr 2023-cü il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.
Oxşar xəbərlər
YUNESKO-nun mənzil-qərargahında Novruz bayramı qeyd edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb













