Övladlığa götürülən və himayədar ailələrə verilən uşaqların sayı AÇIQLANDI
Far.Az xəbər saytı

Övladlığa götürülən və himayədar ailələrə verilən uşaqların sayı AÇIQLANDI


Övladlığa götürülən və himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb.

Far.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda keçirilən konfransda çıxışı zamanı məlumat verib.

O bildirib ki, həyata keçirilən tədbirlər uşaqların sosial xidmət müəssisələrdən ailə əsaslı qayğıya keçidini təmin etməyə yönəlib:

"Övladlığagötürmə prosesinin təkmilləşdirilməsi, şəffaflığın artırılması və prosedurların sadələşdirilməsi nəticəsində daha çox uşağın ailə mühitində böyüməsi üçün imkanlar genişləndirilib. Aparılan ardıcıl tədbirlərin nəticəsində 2019-cu ildən etibarən ümumilikdə 865 uşaq övladlığa verilib.

Eyni zamanda, ailə və uşaq siyasətinin mühüm istiqamətlərindən biri olan himayədar ailə modeli 2022-ci ildən etibarən uğurla tətbiq edilir. Bu yanaşma fərdi diqqət və qayğı ilə yanaşı, uşaqların sosiallaşmasına və cəmiyyətə inteqrasiyasına müsbət təsir göstərir. Bu dövr ərzində 34-ü oğlan, 44-ü qız olmaqla ümumilikdə 78 uşaq himayədar ailəyə verilib.

Himayədar ailə institutunun inkişafını dəstəkləmək məqsədilə dövlət tərəfindən himayədar ailələrə verilən uşaqlara görə aylıq əsasla 650 manat, ildə bir dəfə olmaqla 800 manatlıq müavinət təsis edilib.

Uşaqların ailə mühitində böyüməsinin təmin olunmasına töhfə vermək məqsədilə vətəndaşları himayədar ailə modelinə daha fəal şəkildə qoşulmağa dəvət edirik".

Nazir əlavə edib ki, müxtəlif səbəblərdən ailələrindən ayrılmış uşaqların ailə mühitində böyüməsinin təmin edilməsi istiqamətində mühüm mexanizmlərdən biri də reinteqrasiya tədbirləridir:

"Bu yanaşma uşaqların öz bioloji ailələrinə qaytarılmasını və onların təhlükəsiz, sabit mühitdə yaşamasını təmin etməyə yönəlib. Ümumilikdə reinteqrasiya tədbirləri nəticəsində 2020-ci ildən etibarən 873 uşaq ailələrinə geri qaytarılıb".

Oxşar xəbərlər

Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər