Mehdiabaddan Biləcəriyədək arxa-arxaya sürdü
Bakıda yol hərəkəti qaydalarını kobudcasına pozan daha bir avtomobilin görüntüləri yayılıb.
Far.Az "Avtosfer"ə istinadən xəbər verir ki, hadisə Abşeron rayonu Mehdiabad qəsəbəsi ilə Binəqədi rayonu Biləcəri qəsəbəsinədək yolda baş verib.
Belə ki, toy karvanında iştirak edən "Chevrolet" markalı avtomobilin sürücüsü qeyri-adi və təhlükəli manevr edərək nəqliyyat vasitəsini arxaya doğru hərəkət etdirib. O, maşını tərsinə sürərək həm özünü, həm də digər hərəkət iştirakçılarını ciddi risk altına atıb.
Paylaşılan görüntülər sosial mediada kəskin tənqid olunub. Bir çoxları bu cür məsuliyyətsiz hərəkətlərin ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
Bakı Şəhər DYP İdarəsindən "Qafqazinfo"ya bildirilib ki, toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, özünün və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını real təhlükə yaradan sürücü ilə bağlı hazırda araşdırma aparılır. Sürücü barəsində qanunamüvafiq məsuliyyət tədbirləri görüləcək.
Oxşar xəbərlər
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda güclü yanğın: Hadisə yerindən GÖRÜNTÜLƏR
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Madyarla Lyayen Macarıstan üçün 17 milyard avronun blokdan çıxarılması barədə razılığa gəliblər
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
Bakının premium ərazilərində torpaq: 1 sot 2 milyon manata satılır
-
GTA VI oyununun qiyməti 100 dollar olacaq?
-
Bakı və Abşeronda torpaq sahələrinin QİYMƏTLƏRİ - SİYAHI













