Sahibə Qafarova Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria K.Papakonstantinu ilə görüşüb.
Bu barədə "Far.Az"a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən spiker Sahibə Qafarova ona işində uğurlar arzulayıb.
Görüşdə ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlıq etdiyi diqqətə çatdırılaraq, siyasi dialoq və yüksək səviyyəli səfərlərin və görüşlərin münasibətlərin inkişafında müstəsna rolu vurğulanıb.
Söhbət zamanı parlamentlərarası münasibətlər də nəzərdən keçirilib. Bu sahənin ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm istiqamətlərindən biri olduğu qeyd edilib. Qanunvericilik orqanları arasında təmasların genişləndirilməsinin, o cümlədən dostluq qruplarının fəaliyyətinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda parlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlığın önəmi diqqətə çatdırılaraq, Parlamentlərarası İttifaq, ATƏT Parlament Assambleyası, NATO Parlament Assambleyası və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının bu baxımdan yaxşı imkanlar yaratdığı bildirilib.
Görüşdə Maria K.Papakonstantinu ölkəmizə səfir təyin olunmasından şərəf hissi keçirdiyini bildirərək, fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin daha da dərinləşdirilməsinə töhfə verməyə çalışacağını söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Sahibə Qafarova BƏƏ-dən olan həmkarı ilə parlamentlərarası əlaqələri müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Madyarla Lyayen Macarıstan üçün 17 milyard avronun blokdan çıxarılması barədə razılığa gəliblər
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
Bakının premium ərazilərində torpaq: 1 sot 2 milyon manata satılır
-
Bakı və Abşeronda torpaq sahələrinin QİYMƏTLƏRİ - SİYAHI
-
GTA VI oyununun qiyməti 100 dollar olacaq?













