IMF Azərbaycanın cari əməliyyatlar hesabının builki profisiti ilə bağlı proqnozunu artırıb
2026-cı ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 9,7 %-ni təşkil edəcək.
"Far.Az" xəbər verir ki, bu qiymətləndirmə Beynəlxalq Valyuta Fondunun (IMF) yenilənmiş proqnozlarında yer alıb.
Fevralda IMF cari il üçün hesabın profisitini ÜDM-in 2,1 %-i səviyyəsində proqnozlaşdırmışdı.
"Gözlənilir ki, karbohidrogen qiymətlərinin artması sayəsində 2026-cı ildə cari hesabın profisiti əhəmiyyətli dərəcədə yaxşılaşacaq", - fond vurğulayıb.
IMF 2027-ci ildə cari əməliyyatlar hesabı profisitini ÜDM-in 5,4 %-i səviyyəsində gözləyir (əvvəl - 0,4 %).
Fondun proqnozlarına görə, 2028-ci ildə hesabın profisiti ÜDM-in 2 %-ni, 2029-cu ildə - ÜDM-in 1,6 %-ni, 2030-cu ildə - ÜDM-in 1 %-ni, 2031-ci ildə isə - ÜDM-in 0,6 %-ni təşkil edəcək.
IMF-nin qiymətləndirmələrinə əsasən, 2025-ci ilin yekunlarına görə cari əməliyyatlar hesabının profisiti ÜDM-in 5,5 %-ni təşkil edib.
2024-cü ildə bu göstərici 4,7 milyard ABŞ dolları və ya ÜDM-in 6,3 %-ni təşkil edib.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
IMF: Azərbaycanın cari əməliyyatlar hesabı 2026-2027-ci illərdə profisitli olacaq
Azərbaycan iqtisadiyyatı 2025-ci ildə: rekord valyuta ehtiyatları, Yaxın Şərqdə neft-qaz əməliyyatlarının genişləndirilməsi
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
AMB: "Dollar satışında məhdudiyyətlərin mövcudluğu ilə bağlı xəbərlər reallığı əks etdirmir" - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Yatmazdan əvvəl yeyilən ən zərərli qəlyanaltının adı açıqlandı
-
Sümükləri möhkəmləndirmək üçün ən faydalı səhər yeməyi açıqlandı













