İşğaldan azad edilmiş ərazilərdə ümumi gücü 7 000 kVt-dan çox olan günəş panelləri quraşdırılıb
İndiyə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 2 000-dən çox fərdi yaşayış evində, ictimai və sosial binada ümumi gücü 7 000 kVt-dan çox olan günəş panelləri və 7000-dən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb.
"Report" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu barədə qurumda keçirilmiş işğaldan azad olunmuş ərazilərdə "yaşıl texnologiya"ların və enerji səmərəliliyinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun 12-ci iclasında məlumat verilib.
İclasda qeyd olunub ki, işıqlandırma qurğularının 40 %-i, yəni təqribən 3000 ədədi günəş enerjisi ilə işləyən hibrid sistemlərdir.
Nazir müavini Samir Vəliyev Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən danışıb, ötən iclasdan bəri istifadəyə verilən və təməli qoyulan yaşayış məntəqələri və sosial-infrastruktur, o cümlədən enerji obyektləri barədə məlumat verib. O, "Yaşıl enerji" texnologiyalarının tətbiqi çərçivəsində Cəbrayılda "Şəfəq" Günəş Elektrik Stansiyasında yarımstansiyanın tikintisinin başa çatdırıldığını, hazırda günəş panellərinin quraşdırılmasına başlanıldığını qeyd edib. Həmçinin hər birinin gücü 50 MVt olan "Şəms" və "Üfüq" günəş elektrik stansiyaları layihələrinin icrasının, Kəlbəcərdə isə 240 MVt gücündə külək elektrik stansiyasının tikintisinə hazırlıq məqsədi ilə ölçmə-müşahidə işlərinin davam etdirildiyi bildirilib.
İşçi Qrupun əvvəlki iclasında qəbul edilmiş qərarların icrasına, yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə monitorinqlərin nəticəsinə dair hesabatlar dinlənilib. Zəngilan və Kəlbəcər şəhərlərində, Zəngilan rayonunun Məmmədbəyli, Cahangirbəyli, Cəbrayıl rayonunun Horovlu, Soltanlı və Şükürbəyli, Kəlbəcər rayonunun Zar, Ağdərə rayonunun Suqovuşan, Çapar, Həsənriz, Vəngli və Kolatağ kəndlərində aparılmış monitorinqlərin nəticələri nəzərdən keçirilib. Ərazilərdə damüstü günəş panellərinin quraşdırılması və vətəndaşların aktiv istehlakçı kimi qeydiyyata alınması proseduru üzrə cari vəziyyətə dair məlumatlar diqqətə çatdırılıb.
İclasda, həmçinin yaşayış komplekslərində qaz və istilik təminatı ilə bağlı müzakirələr aparılıb. Müzakirələrin yekununda irəli sürülən təkliflərin həyata keçirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi barədə razılıq əldə olunub.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Madyarla Lyayen Macarıstan üçün 17 milyard avronun blokdan çıxarılması barədə razılığa gəliblər
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
Bakının premium ərazilərində torpaq: 1 sot 2 milyon manata satılır
-
Bakı və Abşeronda torpaq sahələrinin QİYMƏTLƏRİ - SİYAHI
-
GTA VI oyununun qiyməti 100 dollar olacaq?













