Cenk Sümer: "Neftçi"nin fəlsəfəsində, ruhunda mübarizə aparmaq və döyüşmək var"
"Neftçi"nin fəlsəfəsində, ruhunda mübarizə aparmaq və döyüşmək var.
Bu barədə "Report"a açıqlamasında Bakı təmsilçisinin baş icraçı direktoru Cenk Sümer deyib.
Funksioner "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XXI turundan təxirə salınmış oyunla bağlı fikirlərini bölüşüb:
"Qələbə qazandığımız üçün çox xoşbəxtik. Üç xal qazanmaq vacib idi. Çətin həftəsonu keçirmişdik. Bu rəqibə 1:5 hesabı ilə uduzmuşduq. Həqiqətən azarkeşlərimizin önündə böyük hesabla məğlub olmaq çox pis idi. Qısa müddətdə toparlanmaq, komandanı motivasiya etmək asan iş deyil. Rəhbərlik, texniki heyət və futbolçular "Neftçi"nin adına yaraşan davranışı göstərdilər. Son dəqiqəyə kimi mübarizə apardılar. Nəticəyə nail oldular. "Neftçi"nin xarakterində mübarizə aparmaq, döyüşmək var. Bunları "feyr-pley" qaydalarına uyğun şəkildə bacardılar".
C.Sümer stadiona gələn azarkeşlərə təşəkkür edib:
"Bizi sonadək dəstəklədilər. Onların da cəfalarını bilirik. "Neftçi" bir ailədir. "Neftçi"nin layiq olduğu yerə qısa zamanda çıxacağıq. Avrokuboklara vəsiqə qazanmaq istəyirik. Bunu bacaracağıq. Bu komanda əlindən gələni artıqlaması ilə ortaya qoyur. Alqışlara layiqdirlər. Məşqçilər heyətinə xüsusi təşəkkür edirəm. Bu mövsüm bizi yenidən mübarizədə saxladılar. Bu, onlar üçün vacib iş idi".
Baş icraçı direktor avrokuboklara vəsiqə qazanacaqlarına inandığını vurğulayıb:
"Biz avrokuboklara vəsiqə qazanacağımıza inanırıq. Nəticələrin necə olacağını deyə bilmərik. Azərbaycan Kubokunda layiq olan tərəf titua sahib çıxsın. "Neftçi"nin yeri Avropadır. Sadəcə, bu mövsüm yox, həmişə belə olmalıdır. Azərbaycanı layiqli şəkildə avrokuboklarda təmsil edən komanda quracağıq. Komandamızı daha da təkmilləşdirəcəyik".
Xatırladaq ki, "Neftçi" hazırda Misli Premyer Liqasında 47 xalla dördüncü pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ
-
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
-
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi olacaq
-
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu













