Hacıyev: Azərbaycan WUF13-də öz bərpa təcrübəsini bölüşməyə hazırdır
Azərbaycan Ümumdünya Şəhərsalma Forumunda (WUF13) işğaldan azad edilmiş ərazilərin bərpası və şəhərsalmanın inkişafı üzrə öz təcrübəsini təqdim etmək niyyətindədir.
Far.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağ Universitetində diplomatik korpus nümayəndələri qarşısında çıxış edərkən bildirib.
Hacıyev xatırladıb ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasında əhəmiyyətli uğurlar qazanıb.
"Biz öz təcrübəmizi bölüşməyə, üzləşdiyimiz çağırışlar haqqında danışmağa, eləcə də yenilikləri öyrənməyə hazırıq", - o qeyd edib.
Prezidentin köməkçisinin sözlərinə görə, Bakı həmçinin şəhər planlaşdırılması məsələlərində beynəlxalq tərəfdaşlarla təcrübə mübadiləsində maraqlıdır.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası bu il mayın 17-dən 22-dək Bakıda keçiriləcək.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Qarabağ Universitetində "Mənəvi dəyərlər" günü keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
Rusiya Ermənistan istehsalı olan "Cermuk" suyunun satışını bir daha blokladı
-
Vüqar Rəhimzadə: Okamponun ifşası və ya Avropa strukturlarında kök salan korrupsiya...













