Ceyhun Məmmədov: AP-nin qəbul etdiyi qətnamədə əksini tapan məqamlar tamamilə absurddur
Far.Az xəbər saytı

Ceyhun Məmmədov: AP-nin qəbul etdiyi qətnamədə əksini tapan məqamlar tamamilə absurddur


Avropa Parlamentinin (AP) Azərbaycana qarşı qəbul etdiyi qətnamədə əksini tapan məqamlar tamamilə absurddur.

Bunu "Report"a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli və təxribat xarakterli fəaliyyəti artıq sistemli və ardıcıl xarakter alıb:

"Görünən odur ki, onların bu təxribatlardan əl çəkmək niyyəti yoxdur. Məgər vaxtilə bizə "Siz işğalla barışmalısınız", "Siz müharibə edə bilməzsiniz" deyənlər onlar deyildimi? Görünür, xülyalarının puç olması ilə barışa bilmir, bu yolla qisas almağa çalışırlar. Lakin onla bilməlidirlər ki, bu, yanlış yoldur. Bu cür "kağız parçaları" Azərbaycanın həyata keçirdiyi prinsipial və qətiyyətli dövlət siyasətinə əsla təsir göstərə bilməz".

Deputat qeyd edib ki, sözügedən sənədin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdığı bir vaxta təsadüf etməsi təsadüfi deyil:

"Hazırda Azərbaycan və Ermənistan münasibətlərin normallaşması istiqamətində ciddi addımlar atır, qarşılıqlı təmaslar qurulur. Bu yaxınlarda Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistana səfəri buna bariz nümunədir. Hesab edirəm ki, sözügedən sənədin məhz bu proseslərlə eyni vaxta təsadüf etməsi təsadüfi deyil".

C.Məmmədov bildirib ki, sözügedən sənədi qəbul edənlər anlamalıdırlar ki, köhnə münaqişəni alovlandırmaq məqsədi daşıyan bu addımların Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur:

"Məgər onlar bilmirlər ki, erməniləri Qarabağdan heç kim çıxarmayıb? Əksinə, Azərbaycan tərəfi reinteqrasiya ilə bağlı dəfələrlə müraciət etdi, lakin onlar kənar təxribatlara uyaraq bölgəni öz istəkləri ilə tərk etdilər. Bununla bağlı kifayət qədər təkzibolunmaz faktlar mövcuddur. Sual yaranır: 30 ilə yaxın müddətdə ermənilər 10 min kv.km ərazini vəhşicəsinə dağıdanda, məscidlərimizdə heyvan saxlayanda, pravoslav kilsələrini və alban abidələrini məhv edəndə bu qurumlar harada idi? Qəbirlərimizi dağıdıb yerində səngərlər qazanda niyə səslərini çıxarmırdılar? Bu gün də insanlarımız doğmalarının məzarlarını tapmaqda çətinlik çəkirlər. Avropa Parlamenti bu vəhşiliklərlə bağlı bir dəfə də olsun qətnamə qəbul etdimi?. Azərbaycan isə azad olunmuş ərazilərdə məscidlərlə yanaşı, erməni və alban kilsələrini də bərpa və təmir edir".

Xatırladaq ki, Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç Xarici İşlər Nazirliyinə çağırılıb. Görüşdə Avropa Parlamenti tərəfindən aprelin 30-da tarixində qəbul edilmiş qətnamədə Azərbaycana qarşı yer almış əsassız və qərəzli müddəalar qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib.

Oxşar xəbərlər

"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər