INSA: Almanların 70 %-dən çoxu Kansler Mertsin işindən narazıdır
Far.Az xəbər saytı

INSA: Almanların 70 %-dən çoxu Kansler Mertsin işindən narazıdır


Almaniya əhalisinin 70 %-dən çoxu Kansler Fridrix Mertsin işindən narazıdır, 75 %-dən çoxu isə ölkə hökumətinin fəaliyyətindən məmnun deyil.

"Far.Az" xəbər verir ki, bunu "Bild am Sonntag" qəzetinin sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğunun nəticələri göstərir.

Araşdırmaya görə, respondentlərin yalnız 19 %-i Mertsin işindən razıdır, 71 %-i isə narazılığını bildirib.

Sorğuda iştirak edənlərin 76 %-i Almaniyanın hazırkı hökumətindən narazıdır və bu, rekord göstərici olub. Yalnız 16 % hökumətin işini qənaətbəxş hesab edir.

"Almaniya Kanslerinin və hökumətinin bəyənilmə səviyyəsi yeni minimuma çatıb. Hətta Olaf Şolts və "İşıqfor" koalisiyasının bir illik fəaliyyətindən sonra göstəriciləri xeyli yaxşı idi", - INSA-nın rəhbəri Herman Binkert bildirib.

Sorğu 29-30 apreldə 1 004 respondent arasında keçirilib.

Oxşar xəbərlər

STM: Respondentlərin 77,2%-i Azərbaycanla Ermənistan arasındakı Birgə Bəyannaməni uğurlu hesab edir
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər