Özbəkistan və Azərbaycan qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə hazırlaşır - EKSKLÜZİV
Özbəkistan və Azərbaycan ilin sonuna qədər qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə başlamaq barədə qərar verəcəklər.
Bu barədə "Far.Az"un Səmərqəndə ezam olunmuş müxbirinə Özbəkistanın mədən və geologiya nazirinin müavini Ural Yusupov Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 59-cu illik iclasında bildirib.
"Biz Özbəkistan Respublikasında geoloji kəşfiyyat işləri üzrə Azərbaycanın "AzerGold" şirkəti ilə fəal əməkdaşlığa başlamışıq. Hazırda sənədləri nəzərdən keçiririk. İnanıram ki, ilin sonuna qədər qiymətli metal yataqlarının (qızıl və gümüş) birgə kəşfiyyatı barədə qərar qəbul edəcəyik. Həmçinin tərəfdaşlarımıza vacib metalların çıxarılması layihələrini nəzərdən keçirməyi təklif etmişik.
Hazırda Qaşqadərya və Surxandərya vilayətlərində, eləcə də Qaraqalpaqstan Respublikasında və Cizzax bölgəsindəki vacib yataqlarda qiymətli metal yataqlarının (qızıl və gümüş – red.) potensialını araşdırırıq", - nazir müavini bildirib.
Oxşar xəbərlər
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb
-
"Kürü keçək?! 5" üzgüçülük yarışında 1000 metr məsafəyə üzmə yarışına start verilib
-
Bəzi yerlərdə 41 dərəcəyə yaxın isti olacaq
-
Hormonal pozuntuların əsas əlamətləri hansılardır?
-
Vuçiç Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatacağına əmin deyil
-
Azərbaycan cüdoçusu Nilgün Rzayeva Avropa Kubokunda bürünc medal qazanıb













